İnkişaf edən dünyada əməyin ixrac olunması mövzusu da get-gedə dəbə minir. Bu məsələ xüsusən də gənclər arasında aktuallaşır. Gənc seçicilərimizlə görüşdə bunu anladıq ki, regionumuzda bununla bağlı iş görülməyib və gənclərimizin bu kimi mövzularda məlumatlılıq səviyyəsi kifayət qədər deyil.
Biz bununla bağlı dərhal işlərə başlayacağıq. İlk növbədə, gənclər üçün bu iş istiqamətləri sahəsində xüsusi təlimlər verəcək, onların yeni biliklərə çıxışını daha da asanlaşdıracağıq. Mərhələli şəkildə davam etdirəcəyimiz bu prosesdə xüsusi təlim mərkəzləriylə birlikdə işləyəcəyik. İkinci mərhələdə isə gənclərimizin bu biliklərini qlobal bazara necə çıxaracaqları haqda, öz şəhərlərində ola-ola xarici şirkətlərlə necə əməkdaşlıq edəcəkləri barədə təlimlər keçiləcək.
Gənclərə yönəlik bu siyasətimizin bütün ölkəyə yayılacağından və Lənkəranda böyük səs doğuracağından əminik.