Sahibkarlıq mühitinin yaxşılaşdırılması bölgədə bir neçə sahəyə birdən təkan verəcək. Buna görə də Lənkəranda sahibkarlıq mühiti xüsusən yaxşılaşdırılmalı və inkişafa təkan verəcək güzəştlərin tətbiqi həyata keçirilməlidir.
Bununla bağlı bəzi fəaliyyət növlərində Lənkəran əhalisinin əməyindən yararlanma təcrübəsini də başlatmalı və bundan geniş istifadə etməliyik. Biz bu bölgə əhalisinin potensialına güvənirik.
Məhz buna görə də yerli əhalinin məşğulluğunun artırılması üçün tədbirlər görəcək, dövlət əhəmiyyətli proqramların icra edilməsində hesabatlılığın artırılması üçün işləyəcəyik. Bütün bunların işıqlandırılması, regionla maraqlanan hər bir şəxsə çatması istiqamətində də səngimədən işlərə başlayacağıq.
Biz inanırıq ki, Lənkəran sahibkarlıq fəaliyyəti üçün də yeni bir mərkəzə çevriləcək.