Ölkəmizin parlaq gələcəyi məhz yüksək savadlı və dünyagörüşlü gənclərimizdən çox asılıdır. Bu ölkə üçün nə qədər vacibdirsə, Lənkəran üçün də bir o qədər vacibdir. Şəhərin həyatında gənclərin aktiv iştirakı Lənkəranın abu-havasını yeniləyəcək və sürətli inkişafa səbəb olacaq.
Bu səbəbdən gənclərin inkişafını təmin edəcək geniş imkanların yaradılması mənim üçün əsas hədəflərdən biri olacaq. Gənclərin daha yaxşı təhsil alması, müxtəlif təhsil proqramlarında iştirak etməsi, dövlət hesabına müxtəlif yerli və xarici layihələrə qoşulmaları üçün bütün qüvvəmi səfərbər edəcəm.
Bundan başqa, Lənkəranda yeniyetmə və gənclərimizin daha intelektual, bilikli və vətənpərvər ruhda böyüməsi üşün rayon ərazisində müxtəlif dərnəklər yaradılması, kurslar və layihələlərin icra olunmasına dəstək olacam.
Gənclərin istəkləri və təkliflərini daima dinləyərək, onların dinamikasıyla ayaqlaşacağıq.