Vətəndaşlarla görüşdə anladıq ki, onların narahatlığının səbəbi bu problemlərin varlığından əlavə, ümumiyyətlə problemlərin dinlənilməməsidir. Deputat-seçici münasibətləri məhz bu səbəbdən effekt vermir, faydasız hala gəlir. Problemlər eşidilmədikdə onların həlli prosesi də uzanır, bəzən isə nəticəsiz qalır.
Məhz bu səbəbləri göz önünə gətirərək, biz davamlı olaraq seçicilərimizlə görüşəcək və onların problemlərini dinləyəcəyik. Bunun sistemli hala gətirəcəyik ki, vətəndaşlarda bizə və sistemə qarşı inam yaransın, səslərinin eşidilməsiylə bağlı narahatlıqları olmasın.
Görüşlərimizdən sonra çıxan nəticələri biz də öz növbəmizdə dəyərləndirib, mütəxəssislərlə paylaşıb müvafiq qurumlarda və Parlamentdə müzakirəyə çıxaracağıq. Burada biz millətin vəkili olaraq insanlarla Parlament və digər dövlət qurumları arasında körpü olacağıq. Hər bir halda səslənən problemlərin həlli üçün var-gücümüzlə işləyəcəyik. Üstəlik bununla bağlı vətəndaşlarımıza da daim hesabatlar verəcək, onlarla ünsiyyəti heç bir halda kəsməyəcəyik.