Lənkəranlıların problemlərindən biri də dövlət xidmətlərinə və dövlət qurumlarına çıxışlarının çətin və bəzi hallarda məhdud olmasıdır. Vətəndaşlar dövlət qurumları ilə olan gündəlik işlərdə belə çətinliklər yaşayır, vaxt itirir və get-gələ düşürlər.
Bütün bu çətinlikləri nəzərə alaraq dövlət qurumlarının səviyyəsinin artırılması istiqamətində işlər görüb, digər bölgələrdə olduğu kimi ASAN XİDMƏT layihəsinin burada da tətbiqinə başlamasına nail olmaq əsas hədəflərimiz sırasındadır.
Dövlət orqanları ilə vətəndaşlar arasındakı münasibətə yenidən baxmaq, vətəndaşların dövlət xidmətləri almasındakı prosesi yaxşılaşdırmaq vacibdir. Şəhərdə bir notariusun fəaliyyət göstərməsi, vətəndaşların ən sadə dövlət xidmətlərindən istifadə etmək üçün qonşu şəhər Masallıdakı ASAN Xidmət mərkəzinə getməsi - həllini axtaracağımız əsas məsələlərdən biri olacaq.
Vətəndaşlara kompleks şəkildə daha yaxşı xidmət vermək üçün bütün dövlət qurumları səviyyəsində bu problemlərin qaldırılması üçün ilk gündən etibarən işləməyə başlayacağıq.