Lənkəranın gözəl təbiəti və hazırlıq səviyyəsi imkan verir ki, onu turistlərin də diqqət mərkəzinə çevirə bilək. Bu istiqamətdə də işlər görmək üçün müvafiq qurumlarla birlikdə çalışacağıq.
Bunun üçün Lənkəranda müxtəlif əhəmiyyətli tədbirlər keçirilməli, bəzi forumlar və konfransların təşkili şəhərimizə yönləndirilməlidir. Bu tədbirlər zamanı mətbuatın və insanların izlədiyi sosial media kanallarının, bloggerlərin də diqqətinin Lənkərana yönəlməsinə nail olmağa çalışacağıq.
Mərhələli şəkildə Lənkəranı bir neçə anlamda diqqət mərkəzinə çevirməyi hədəfləyirik.