Dünya gündən-günə dəyişir və sürətlə inkişaf edir. Bu inkişaf əmək bazarına da təsirsiz ötüşmür, yeni peşələr yaranır, yeni tələblər ortaya çıxır, bəzi iş sahələri isə artıq köhnəlir. Artıq gənclərin şəxsi keyfiyyətləri, bacarıqları onların gələcəklərində daha da önəmli rol oynamağa başlayıb. Gənclərin şəxsi inkişafına sistemli yanaşması üçün isə regionda buna uyğun şərait və mühitin yaradılması məsələsi ortaya çıxır.
Yeni çağırışlara cavab vermək və öhdəsindən gəlmək üçün təhsil sahəsində daha çevik atdımlar cəlb edilməlidir. Bu sahədə ictimai yük adətən məktəblərə və ali təhsil ocaqlarının üzrərinə düşür, lakin qeyd edilən təhsil ocaqlarının bu tələblərə uyğunlaşması zaman alan və uzun bir prosesdir.
Biz bu işi məktəbdənkənar təhsil müəssisələriylə birlikdə görməyi daha məqsədəuyğun hesab edirik. Onların fəaliyyəti üçün münbit şərait yaradacağıq. Bununla bərabər ixtisaslı peşəkarların işlərindən kənar bu müəssisələrdə bilikləri ilə paylaşılmasında stimul yaradılmalı, məktəbdənkənar təhsil müəssisələrin fəaliyyətin tənzimləyən normativ hüquqi aktlar təkmilləşdirilməli və onların inkişafına yönələn güzəştlər tətbiq edilməlidir.
Gənclər regionun inkişafında və bizim fəaliyyət planımızda əsas yerlərdən birini tutduğu üçün onların tam müasir tələblərə uyğun peşəkar olması məsələsi də bizim üçün olduqca vacib məsələlərdəndir.