
Çıxışa doğru: Peşə seçimində valideynlərin rolu
Yelena Eyvazlı ötən ilin dekabrın 18-də AZTV - də "Çıxışa doğru" tok-şousunda iştirak edib. Müzakirə mövzusu - valideynlərin uşaqların peşə seçiminə müdaxiləsi olub. Maraqlı müzakirə alındı.Yelena Eyvazlının fikrincə, valideyn-övlad mövzusu çox genişdir və onu bir verlişlə əhatə etmək mümkün deyil. Müzakirə ediləsi istiqamətlər çoxdur və hər biri önəmlidir. "Hesab edirəm ki, bu istiqamətdə yeni institutlar yaradılmalıdır. Azərbaycan bu sahədə öz fərqli modelini ortaya qoymalıdır. Gənc ölkəyik deyib, sosial sahədə olan problemlərə sadə baxmamalıyıq. Gəncliyimizin, cəmiyyətimizin, Vətənimizin inkişafını istəyiriksə, bu istiqamətdə iş görməliyik." - deyə Yelena Eyvazlı bildirib.
Tam verlişə baxmaq üçün buraya klikləyə bilərsiniz.